Vardi mövsümün ən yaxşı futbolçusu seçilib

3-05-2016, 12:45
296

Vardi mövsümün ən yaxşı futbolçusu seçilib"Leicester City"nin hücumçusu Ceymi Vardi Futbol Jurnalistləri Assosasiyası (FWA) tərəfindən 2016-cı ildə Premyer Liqanın ən yaxşı oyunçusu seçilib.290 jurnalist arasında keçirilən səsvermədə 36% səs toplayan ingilis forvard komanda yoldaşları Riyad Mahre və Nqolo Kanteni geridə qoyub. Mövsümün ən yaxşı futbolçusuna "Leicester"dən Daniel Drinkuoter, Kasper Şmexel, Ves Morqan və Denni Simpson da iddia edirdi. Jurnalistlərin səsini qazanan digər futbolçular Harri Keyn, Dele Alli (Tottenham), Dimitri Paye (West Ham United), Serxio Aquero, Kevin De Bruyne (Manchester City) olub.

Bu mövsüm 24 qol vurmaqla komandasının bombardiri olan Vardi mükafatını mayın 12-i Londonda təşkil olunacaq mərasimdə alacaq. Qeyd edək ki, sözügedən mükafat 1948-ci ildən İngiltərə çempionatında mövsümün ən yaxşı futbolçusuna təqdim olunur.

   //Goal.az