Portuqaliya çempionatında mövsümün futbolçusu açıqlandı

11-05-2016, 11:07
352

Portuqaliya çempionatında mövsümün futbolçusu açıqlandı"Benfica"nın hücumçusu Jonas futbol jurnalistləri tərəfindən Portuqaliya çempionatında "mövsümün futbolçusu" seçilib.

32 yaşlı oyunçu səsələrin 63 faizini toplayıb. İkinci yerdə 19 faiz səslə Joao Mario (Sporting) qərarlaşıb. Lissabon klubunun digər üzvü Adrien Silva (5 faiz səs) 3-cü olub. Artıq "Bavariya" ilə 2021-ci ilə kimi müqavilə imzalayan Renatu Sanşeş isə mövsümün tapıntısı olub. O, 66 faiz səslə mövsümün "ən yaxşı gənc futbolçu"su seçilib. İlk üçlüyü Danilo Pereyra (Porto) və Diyequ Jota (Paços de Ferreira) qapayıb.

   //goal.az