Avropanın ən yaxşı gənc oyunçusu seçildi

24-10-2016, 18:34
186

Avropanın ən yaxşı gənc oyunçusu seçildi"Bayern Munhen" futbol klubunun yarımmüdafiəçisi, Portuqaliya yığmasının üzvü Renatu Sançeş Avropanın ən yaxşı gənc futbolçusuna təqdim olunan "Golden Boy" mükafatına layiq görülüb.

Bu mükafat 2003-ci ildə "Tuttosport" qəzeti tərəfindən təsis edilib. Golden Boy mükafatı yaşı 21-dən yuxarı olmuyan və Avropa ölkələrinin elit divizionlarında çıxış edən ən yaxşı Avropa futbolçusuna təqdim olunur. Qalib səsvermə yolu ilə seçilir.

Renatu Sançeş Portuqaliya yığmasında Fransada keçirilən AVRO-2016-nın qalibi olub.

Qeyd edək ki, Renatu Sançeş Golden Boy mükafatına layiq görülən ilk portuqaliyalı futbolçudur.

   //Trend