Vardi "zadəganlar"ın diqqət mərkəzinə düşüb

23-12-2015, 23:35
291

Vardi "zadəganlar"ın diqqət mərkəzinə düşüb"Leicester City"nin hücumçusu Ceymi Vardi Londonun "Chelsea" klubunun diqqət mərkəzinə düşüb. Roman Abramoviçin klubu 28 yaşlı forvardı qışda heyətə cəlb etmək istəyir. Vardinin qiyməti 40 milyon avro göstərilir. "Tülkülər" isə bombardiri ilə yollarını ayırmaq fikrində deyil. Klub tezliklə ingilis oyunçuya əlverişli şərtlərlə yeni müqavilə təklif edə bilər. "Zadəganlar"dan başqa Mançester şəhərinin iki klubu da Vardini izləyir. "City" Aqueronun zədələrinə qarşı kompensasiya kimi Vardini istəyirsə, "qırmızı şeytanlar" hücum xəttindəki problemləri onunla həll etmək istəyir.

   //goal.az