Messi - La liqanın ən yaxşı futbolçusu oldu

1-12-2015, 14:19
402

Messi - La liqanın ən yaxşı futbolçusu oldu İspaniya La liqasında ötən mövsüm ən yaxşı futbolçularlna və baş məşqçilərinə mükafat verilib.

2014/2015 mövsümünün ən yaxşı futbolçusu Lionel Messi seçilib.

O, həm də ötən mövsümün ən yaxşı hücumçusu seçilib. Messi 2014/2015 mövsümündə 38 oyunda ümumilikdə 43 qol vurub. Ən yaxşı qapıçı nominasiyasında, Klaudio Bravo ( "Barselona"), ən yaxşı müdafiəçi - Serxio Ramos ( "Real Madrid"), yarımmüdafiəçi Xames Rodriges ( "Real Madrid") qalib gəlib.

"Real Madrid"in portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldo isə azarkeşlərin seçiminə görə ən yaxşı futbolçu mükafatını alıb. Ən yaxşı məşqçi ,ötən mövsüm La liqanın qalibi, Luis Enrike ( "Barselona"), İspaniya La liqasında ən yaxşı afrikalı futbolçu - əlcəzairli yarımmüdafiəçi Sofian Fequli ( "Valensiya"), ən yaxşı cənubi amerikalı futbolçu isə Neymar seçilib ( "Barselona").

   //ANS Press