Smollinq "Mançester Yunayted"in ən yaxşısı seçilib

4-05-2016, 13:22
234

Smollinq "Mançester Yunayted"in ən yaxşısı seçilibÖtən gecə "Manchester United" mövsümün ən yaxşı oyunçularını mükafatlandırıb.

Azarkeşlərin səsverməsinə görə "mövsümün oyunçusu" David de Xea seçilib. İspaniyalı qolkiper ardıcıl 3-cü dəfə bu mükafata sahib çıxıb. "MU" futbolçuları isə Kris Smollinqi mövsümün ən yaxşısı seçib. Komandanın ən yaxşı gənc futbolçusu üçün nəzərdə tutulan "Cimmi Merfi" mükafatı isə Markus Reşforda təqdim olunub. Ən yaxşı qol Antoni Marsialın debüt matçında "Liverpool"a vurduğu qol seçilib. "Qırmızı şeytanlar" mövsümü major notlarla başa vurmaq üçün mayın 21-də "Crystal Palace"i məğlub edib İngiltərə kubokuna sahib çıxmağı düşünür.

   //goal.az