“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin layihəsini icrasını uğurla başa vurmaq üzrədir

28-12-2015, 14:45
511

“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin layihəsini  icrasını uğurla başa vurmaq üzrədir"Ailə” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra etdiyi "Quba rayonunda Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və  çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi  mərkəzlərin xidmətinin göstərilməsi” layihəsinin  icrasını uğurla başa vurmaq üzrədir. Layihə 01 aprel-31 dekabr 2015-ci il tarixlərində icra edilmişdir.
Layihənin icrası çərçivəsində sosial ehtiyaclı və dövlət uşaq müəssisələrinə düşmə riski olan  3-12 yaşlı 30 uşaq seçilmiş və onlara davamlı  sosial, psixoloji, pedaqoji, tibbi və digər xidmətlər göstərilmişdir. Seçilmiş uşaqlarla yanaşı onların ailələri ilə də davamlı iş aparılmışdır. Quba rayonunda ilk dəfə belə Mərkəzin yaradılması rayonda aşağıdakı qrupdan olan ailələrin uşaqları üçün kompleks xidmətlərin göstərilməsinə imkan yaratmışdır:
-tək valideynli (qəyyumu, himayəçisi olan) və  iki və daha çox uşağı olan ailələrin uşaqları;
-hər iki valideynini itirmiş və genişlənmiş ailənin (əmək qabiliyyətli yaşda olan nənə, baba, əmi, bibi, dayı, xala, yetkinlik yaşına çatmış bacı və ya qardaş) himayəsində olan uşaqlar;
-birinin  əlilliyi və ya xəstəliyi olan, digərinin (və ya hər iki valideyninin) isə daimi iş yerinin olmaması səbəbindən günün çox hissəsini (12-14 saat) günəmuzd qaydada işləyən valideynlərin uşaqları;
-inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud uşaqlar;

Layihənin icrası Azərbaycan Respublikasının qoşulduğu müvafiq beynəlxalq sənədlər BMT-nin "Uşaq hüquqları haqqında” və ”Əlillərin hüquqları haqqında” Konvensiyaları, eləcə də "Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunu, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutsionalizasiya) və alternativ qayğlı” Programı (2006-2015) xüsusilə uşaqların ailə mühitindən ayrı qalmalarının və onların inkişafına mənfi təsir göstərən, habelə sosial təcridolmaya gətirib çıxaran internat tipli müəssisələrə düşmələrinin qarşısının alınması və yaxud hal-hazırda müəssisələrdə olan uşaqların öz bioloji və ya genişləndirilmiş ailələrinə inteqrasiyası məqsədi ilə keyfiyyətli sosial xidmətlərin təmin edilməsi sahəsində Qubada səmərəli nəticələrin əldə olunmasına imkan yaratmışdır.
Mərkəzin fəaliyyətinə cəlb olunmuş uşaqların asudə vaxtının mənalı təşkili üçün müxtəlif tədbirlər  təşkil edilmişdir. Tədbirlər zamanı uşaqlar üçün şəhər gəzintisi, uşaq istirahət mərkəzində əylənmək, istirahət parklarında oynamq, intelektual və interaktiv oyunlarda iştirak etmək, qrup işlərində iştirak etmək imkanı əldə etmişlər. Uşaqlar eyni zamanda rayonun mənzərəli ərazilərinədə səfərlərə aparılmışdır. İctimai yerlərdə olmaq sosial problemlərlə əlaqədar daha çox sosiallaşmamış uşaqların cəmiyyətə inteqrasiyasına və öz həmyaşıdları ilə ünsiyyət qurmasına imkan yaratmışdır.
Uşaqların musiqi bacarıqlarının inkişafı üçün musiqi dərslərində rayon musiqi məktəbinin müəllimlərinin iştirakı ilə qrup məşğələləri aparılmışdır. Uşaqlar arasında şən idman oyunları keçirilmiş və bu uşaqların mübarizə ruhunda böyüməsinə imkan yaradılmışdır. Uşaqların maraq və bacarıqlarından asılı olaraq müxtəlif dərnəklərə cəlb olunmasına dəstək göstərilmişdir.  
Mərkəzin fəaliyyətinə cəlb olunmuş uşaqların və ailələrin sosial problemlərinin həlli üçün sosial işçi tərəfindən Fərdi İnkişaf Planına uyğun olaraq tədbirlər görülmüşdür.Psixoloq tərəfindən ailələrə və uşaqlara psixoloji dəstək göstərilmiş və psixoloji testlər keçirilmişdir. Pedaqoq tərəfindən uşaqların təhsil bacarıqlarının artırılması və asudə vaxtlarının təşkili üçün hazırlanmış Fərdi qayğı planına əsasən tədbirlər həyata keçirilmişdir. Uşaqlar mütamadi tibbi müayinədən keçirilmiş və onlar arasında sağlam həyat tərzi ilə bağlı maarifləndirmə işi aparılmışdır. Uşaqlar üçün müxtəlif mövzularda keçirilmiş təlimlər onların həyat bacarıqlarının artmasına və öz hüquqlarını daha yaxşı dərk etməyə imkan yaratmışdır.
27 dekabr 2015-ci il tarixdə Günərzi Qayğı Mərkəzinin uşaqları və ailələri üçün Yeni il münasibəti ilə Bayram tədbiri keçirilmişdir. Tədbirdə uşaqlar üçün əyləncə imkanları yaradılmış və onlar öz musiqi bacarıqlarını nümayiş etdirmişlər. Tədbirdə uşaqlara hədiyyələr verilmiş və gün ərzində davam edən tədbirdə onlar öz dostları və ailələri ilə birgə maraqlı nağıl qəhramanları ilə əylənmişlər.

Layihənin icrası və layihə çərçivəsində Günərzi Qayğı Mərkəzinin yaradılması Quba rayonunda uşaqlar və onların ailələri üçün yeni imkanlar yaratmışdır. Aiələr və uşaqlar üçün davamlı xidmətin gösrilməsi üçün növbəti illərdə də bu cür layihələrin regionlarda icrası çox səmərəli olardı.
“Ailə” Sosial Araşdırmalar İctimai Birliyinin layihəsini  icrasını uğurla başa vurmaq üzrədir

  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
//Nəzər Media.az