Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

30-04-2024, 23:50
103

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Yadplanetlilər hələ də bəşəriyyətlə əlaqə qurmayıblar, çünki onlar qamma şüalarının partlayışı nəticəsində məhv olublar.

Nəzər Media.az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Stouni Bruk Universitetinin professor Frederik Uolter çıxış edib.

"Bu, sıx fokuslanmış bir şüadır. Əgər qalaktikanın müstəvisi boyunca istiqamətləndirilsəydi, demək olar ki, planetlərin 10%-ni sterilizasiya edə bilərdi. Bu partlayışlar bizim Süd Yolu qalaktikamızdan daha gənc qalaktikalarda geniş yayılıb. Bununla belə, hər hansı bir qalaktikada təxminən hər yüz milyon ildən bir qamma şüalarının partlayışı baş verir. Milyard il ərzində bir çox yadplanetli sivilizasiyalar, əgər varsa, məhv olmalıdır", - professor bildirib.

Uolter Yer kürəsinin qamma şüalarının partlayışı təhlükəsini gözləmədiyini deyib.

Qeyd edək ki, NASA qamma şüalarının partlayışını kainatın ən güclü partlayışı hesab edir.