"Xırdalan" pley-off 'a qələbə ilə başlayıb

30-04-2024, 23:37
74

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


30 aprel "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) ilk pley-off oyunu baş tutub. Pley-off 'un 1/4 final mərhələsində, "Xırdalan" və "Neftçi" komandaları arasında seriyanın birinci oyunu gərgin mübarizə şəraitində keçib. Oyuna sürətli başlamış "Xırdalan", yekunda 80-75 hesablı çətin qələbə qazanıb. Bu qələbə ilə "Xırdalan" seriyada 1-0 hesablı üstünlük əldə edib. Ən məhsuldar basketbolçular: "Xırdalan" (Zeyver Brüyer - 18 xal, 4 ribaund), "Neftçi" (Alfonso Villis - 15 xal, 10 ribaund) 

Qeyd edək ki, "Xırdalan" və "Neftçi" klubları arasında seriyanın ikinci oyunu 2 may tarixində baş tutacaq