"Kəpəz"in ukraynalı yeni gəlini gündəm yaratdı - FOTOLAR

13-01-2018, 16:22
200

Bir neçə gün öncə "Kəpəz" daha bir futbolçu ilə razılığa gəlib.
30 yaşlı, 192 sm boyu olan ukraynalı qapıçı Sergey Litovçenko Gəncə təmsilçisinin "1 nömrə"si olacaq.

Xarkovda anadan olan Sergey futbolun sirlərini də doğma şəhərdə - "Arsenal"da öyrənməyə başlayıb. Daha sonra "Qazovik", "Feniks", "Volın", "Naftovik-Ukrnafta", "Helios" və Donetsk "Olimpik"inin şərəfini qoruyan qolkiper son 1,5 ili Gürcüstanda keçirib.

"Zuqdidi"də inamlı təsir bağışlayan qapıçı son təqvim ilini Tiflis "Dinamo"sunun heyətində keçirib və Gürcüstanda mövsümün ən yaxşı qapıçısı adına layiq görülüb.

"Kəpəz"la 6 aylıq müqavilə bağlayan əlcək sahibi"nin ailəsi gündəmə gəlib. Onun həyat yoldaşı Elena sosial şəbəkədə əri və qızı ilə hər anlarını əks etdirən şəkillərini paylaşıb.
"Kəpəz"in ukraynalı yeni gəlini gündəm yaratdı - FOTO
"Kəpəz"in ukraynalı yeni gəlini gündəm yaratdı - FOTO
//sportinfo.az