Simeone komandada yeni qapıçı istəyir

15-08-2016, 17:36
229

Simeone komandada yeni qapıçı istəyir"Atletiko"nun baş məşqçisi Diyeqo Simeone yeni qapıçı transfer etmək qərarına gəlib.

Argentinalı mütəxəssis bu istəyini klubun icraçı direktoru Miqel Anhel Hilə çatdırıb. Bu istiqamətdə fəaliyyətə başlandığı deyilir. "Atletiko"nun qapıçısı Moya avqustun 11-də baş tutmuş yoldaşlıq oyununda dizindən ciddi zədə almışdı. Əməliyyat olunan qapıçı minimum 2 ay yaşıl meydanlardan kənarda qalıb. Simeone onun yoxluğunu digər əlcək ustası ilə doldurmaq istəsə də, Moya ötən mövsüm La Liqanın heç bir görüşündə meydana çıxmamışdı.

  //Goal.az