Bezotosnı 400-ü arxada qoydu

15-08-2016, 16:20
240

Bezotosnı 400-ü arxada qoydu"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Azərbaycan Premyer Liqasında ardıcıl 4-cü oyununu keçirib.

II turun "İnter"lə qarşılaşmasında (0:0) qol buraxmayan ukraynalı qolkiper mövsümün ilk turunun "Kəpəz"lə matçında (2:0) da qapısını toxunulmaz saxlamışdı.

İlk iki turdan sonra qol buraxmayan yeganə komanda olan "Qəbələ"nin qapıçısı ötən mövsümün son iki turunda da qapısını etibarlı qorumuşdu. O, AZAL (2:0) və "Kəpəz"lə (1:0) qarşılaşmalarda qol buraxmamışdı.
 
Bezotosnı sonuncu dəfə mayın 11-də qapısında qol görüb. "Qarabağ"la görüşdə Dani Kintananın dubluna üzülən əlcək sahibi artıq 96 gündür, quru seriyaya imza atır. Kintananın 2-ci qolu 32-ci dəqiqədə vurduğunu nəzərə alsaq, Dmitri 418 dəqiqəlik seriyaya malikdir.

   //Apasport.az