"Stress çarxı”na malik ilk telefon satılacaq

3-10-2017, 10:25
307


Honkonqun "Chilli International Holding (HK) Ltd" şirkəti dünyada "stress çarxı"na (spinner) malik ilk mobil telefon təqdim edib. "K188" modeli Hindistanda satışa çıxarılacaq. Sentyabrın sonundan etibarən yeni qurğu "Amazon", "Flipkart", "ShopClues", "PayTm" internet mağazalarında, həmçinin ölkənin aparıcı pərakəndə şəbəkələrində əlçatan olacaq.

Adi telefon funksiyalarına malik "K188" modeli 32 MB-lıq əməli və 32 MB-lıq daxili yaddaşla təchiz edilib. "microSD" yaddaş kartı sayəsində daxili yaddaşı 8 QB-dək artırmaq mümkündür. Aparat multimedia funksiyalarını dəstəkləyir: fotoşəkillərə baxmaq, video izləmək, musiqi dinləmək. Qurğunu ehtiyat telefon və ya "Bluetooth" pleyer kimi istifadə etmək olar. İstehsalçının iddiasına görə, telefon stress vəziyyətlərində gərginliyi azaltmağa kömək edəcək.

Model 6 rəngdə (qara, göy, qırmızı, gümüşü, qızılı-çəhrayı və qızılı) əlçatandır. Hindistanda "K188" modelinin pərakəndə qiyməti 18,3-19,8 ABŞ dolları təşkil edəcək.

//milli.az