"Qarabağ" "Neftçi"ni qəbul edəcək-START HEYƏTLƏR

4-05-2024, 18:40
58

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında Azərbaycan debisi baş tutacaq. Çempionluğunu rəsmən təmin etmiş "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək. Motivasiyasız "Köhlən atlar" həm oyun ritmini itirməmək üçün, həm derbidə prisipialığı qorumaq üçün matçdan üç xalla ayrılmağı düşünəcək."Ağ-qaralar" isə həm III pillədə olan yeri qorumaq üçün həm də azərkeşlərin kölnünü yenidən qazanmaq üçün prinsipial rəqibinə qalib gəlməyi hədəfləyəcəklər. Hakim İnqilab Məmmədovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Qarabağ"ın start heyəti:

99. Andrey Lunyov(GK)

55. Bədavi Hüseynov (C)

44. Elvin Cəfərquliyev

27. Toral Bayramov

90. Nəriman Axundzadə

29. Marko Veşoviç

10. Abdullah Zubir

8. Marko Yankoviç

2. Mateus Silva

6. Julio Romao

15. Leandro Andrade

"Qarabağ"ın ehtiyat oyunçuları:

23. Luka Quqeşaşvili(GK)

89. Amin Ramazanov(GK)

5. Maksim Medvedev

30. Abbas Hüseynov

24. Aleksey İsayev

13. Bəhlul Mustafazadə

66. Patrik Andrade

7. Yassin Benzia

17. Hamidu Keyta

11. Adama Diakabi

18. Olavio Juninyo

19. Redon Cica

"Qarabağ"ın baş məşqçisi: Qurban Qurbanov

"Neftçi"nin start heyəti:

93. Rza Cəfərov(GK)

10. Filip Ozobiç

3. Höccət Haqverdi

17. Rəhman Hacıyev (C)

19. Azər Salahlı

6. Dieqo Valdez

99. Ervin Koffi

44. Yuri Matias

9. Andre Şinyaşiki

11. Kilan Lebon

88. Brayan Moreno

"Neftçi"nin ehtiyat oyunçuları:

1. İvan Brkiç(GK)

95. Rəvan Kazımov(GK)

14. Eddi İsrafilov

2. Qara Qarayev

7. Azər Əliyev

91. Ağadadaş Salyanskiy

82. Rüfət Abbasov

16. Lukas Melano

22. Reziuan Mirzov

4. Mark Tamaş

23. Ataa Caber

77. Yeqor Boqomolski

"Neftçi"nin baş məşqçisi:Miodraq Bojoviç

Turun digər görüşləri bazar günü və bazar ertəsi günləri keçiriləcək. 

Bazar günü iki qarşılaşma baş tutuacaq.

Günün ilk qarşılaşmasında

"Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Zirə"ni qəbul edəcək. Tovuzlular bu oyunda doğma publika qarşısında keçən turun məğlubiyyətini yaddan çıxartmaq üçün qələbə qazanmağa çalışacaq. "Mavi qartallar" da keçən turun məğlubiyyətini unutdurmaq üçün bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.

Günün ikinci qarşılaşmasında "Araz-Naxçıvan" " Liv Bona Dea Arena"da "Sabah"ı qəbul edəcək. Keçən tur "Zirə"ni məğlub edən Muxtar Respublika təmsilçisi bu turda uğurlu seriyasını davam etdirmək arzusundadır.  "Sabah"da Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizəni aparmaq üçün matçdan üç xalla ayrılmağı düşünür.

Turun sonuncu görüşü Bazar ertəsi günü keçiriləcək.

Günün yeganə turun sonuncu oyununda "Səbail" "ASCO Arena"da "Qəbələ"ni qəbul edəcək. Keçən tur məğlubiyyət açısı dadan "dənizçilər" bu tur doğma azərkeşlər önündə audsayderə qalib gəlmək istəyir. "Qəbələ" matçda ən azı bir xal qazanmağı düşünəcək.