"Sumqayıt" xal itirdi-YENİLƏNİB-5

4-05-2024, 18:28
64

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycan Premyer Liqasının XXXIII turu çərçivəsində keçirilən "Kəpəz"-"Sumqayıt" oyunu başa çatdı. Gərgin keçən matçda tərəflər hərəyə bir dəfə fərlənərək bir xala qane oldular

xxxxx

Oyunun 90+5-ci dəqiqəsində "Kəpəz" daha bir oyunsunu itirdi. "Kəpəz"-in heyətindən  Martins Junior ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-"Kəpəz"-"Sumqayıt"-1:1

xxxx

Oyunun 90+5-ci dəqiqəsində Elçin Əlicanov  "Kəpəz"in bərabərlik topuna imza atdı-"Kəpəz"-"Sumqayıt"-1:1

xxxx

Oyunu 90+2 dəqiqəsində "Kəpəz" azlıqda qaldı. "Kəpəz"in heyətindən Olavale Onanuqa ikinci sarı vərəqəni alaraq meydandan qovuldu-"Kəpəz"-"Sumqayıt"-0:1

xxxxx

Oyunun 80-ci dəqiqəsində  "Sumqayıt" Cordon Rezabalanın qolu ilə hesabı açdı-"Kəpəz"-"Sumqayıt"-0:1

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Turun açılş matçında qədim Gəncə təmsilçisi "Kəpəz" "Tovuz Şəhər Stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edir. Keçən tur qələbəyə sevinən Nizami yurdunun təmsilçisi bu turda da ən azında məğlub olmamaq haqqında düşünür. "Sumqayıt" isə II pillədəki mövqeyini qorumaq üçün bu oyundan mütləq şəkildə üç xalla ayrılmağı düşünür. Hakim Tural Qurbanovun idarə etdiyi qarşılaşmada artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyib-"Kəpəz"-"Sumqayıt"-0:0

Günün ikinci qarşılaşmasında Azərbaycan debisi baş tutacaq. Çempionluğunu rəsmən təmin etmiş "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək. Motivasiyasız "Köhlən atlar" həm oyun ritmini itirməmək üçün, həm derbidə prisipialığı qorumaq üçün matçdan üç xalla ayrılmağı düşünəcək."Ağ-qaralar" isə həm III pillədə olan yeri qorumaq üçün həm də azərkeşlərin kölnünü yenidən qazanmaq üçün prinsipial rəqibinə qalib gəlməyi hədəfləyəcəklər.

Turun digər görüşləri bazar günü və bazar ertəsi günləri keçiriləcək. 

Bazar günü iki qarşılaşma baş tutuacaq.

Günün ilk qarşılaşmasında

"Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Zirə"ni qəbul edəcək. Tovuzlular bu oyunda doğma publika qarşısında keçən turun məğlubiyyətini yaddan çıxartmaq üçün qələbə qazanmağa çalışacaq. "Mavi qartallar" da keçən turun məğlubiyyətini unutdurmaq üçün bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.

Günün ikinci qarşılaşmasında "Araz-Naxçıvan" " Liv Bona Dea Arena"da "Sabah"ı qəbul edəcək. Keçən tur "Zirə"ni məğlub edən Muxtar Respublika təmsilçisi bu turda uğurlu seriyasını davam etdirmək arzusundadır.  "Sabah"da Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizəni aparmaq üçün matçdan üç xalla ayrılmağı düşünür.

Turun sonuncu görüşü Bazar ertəsi günü keçiriləcək.

Günün yeganə turun sonuncu oyununda "Səbail" "ASCO Arena"da "Qəbələ"ni qəbul edəcək. Keçən tur məğlubiyyət açısı dadan "dənizçilər" bu tur doğma azərkeşlər önündə audsayderə qalib gəlmək istəyir. "Qəbələ" matçda ən azı bir xal qazanmağı düşünəcək.