Ramin Məmmədov Karim İfrak ilə görüşüb-FOTOLAR

4-05-2024, 15:49
147

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov mayın 4-də Parisdəki Ərəb Dünyası İnstitutunun direktoru Karim İfrak ilə görüşüb.

Azərbaycandakı dövlət-din münasibətləri, tolerant və multikultural mühit haqqında qonağı məlumatlandıran DQİDK sədri ölkəmizdə bu sahədə həyata keçirilən böyük tədbirləri, milli-mənəvi dəyərlərin təbliğinə göstərilən diqqəti, dini fəaliyyət sahəsində atılan addımları diqqətə çatdırıb.  

Karim İfrak dünyada ekstremizmin, zorakılığın yayıldığı bir vaxtda multikulturalizmin Azərbaycanda həyat tərzi kimi qəbul edilməsinin təqdirəlayiq olduğunu qeyd edib. Azərbaycan İlahiyyat İnstitutu ilə rəhbəri olduğu institut arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətinə toxunan qonaq əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Görüşdə, eyni zamanda dinin siyasiləşdirilməsinin fəsadlarının, habelə getdikcə artmaqda olan islamofobiya təzahürlərinin qarşısının alınmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.