Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR

18-09-2015, 21:22
854

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev iştirak edib
Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
18 sentyabr 2015-ci il tarixdə Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, "Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, "Alıbəyli” MMC-nin direktoru Məhəmmədəli Salmanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və KİV nümayəndələri iştirak edib.
            
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Bərdə rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığını, bir-birinin ardınca rayonun kəndlərinin qazlaşdırıldığını, Alpout və Qarayusifli kəndlərinin 668 fərdi yaşayış evinin qazlaşdırılması üçün 62,7 km müxtəlif diametrli qaz xətləri çəkildiyini, 66 ədəd siyirtmə quraşdırıldığını, bütün qaz xətlərinin kipliyə və möhkəmliyə görə yoxlanıldığını bildirmiş, sakinləri bu əlamətdar hadisə münasibəti ilə təbirik etmiş, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulayıb.
            
Tədbirdə Alpout kənd sakini Şükür Əkbərov, Qarayusifli kənd sakini Almaz Əsədova çıxış edərək kəndə təbii qaz verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
            
Tədbirdə "Azəriqaz” İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oqtay Qarayev, "Alıbəyli” MMC-nin direktoru Məhəmmədəli Salmanov çıxış edərək sakinləri kəndə təbii qaz verilişi ilə əlaqədar təbrik ediblər.
           

 Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakinləri ilə birlikdə kəndə təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli yandırmışlar. Tədbirdən sonra rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev kənd sakinləri ilə söhbət ediblər.
 Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
 
Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
 
 
 
Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
 
 Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
 
Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
 
Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
 
Alpout və Qarayusifli kəndlərinə təbii qaz verilişinin açılışı olmub-FOTOLAR
 

 
 
 
 
//Nəzər Media.az