"Kəpəz" "Sumqayıt"ı qəbul edir-START HEYƏTLƏR

4-05-2024, 15:20
45

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.

Turun açılş matçında qədim Gəncə təmsilçisi "Kəpəz" "Tovuz Şəhər Stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edəcək. Keçən tur qələbəyə sevinən Nizami yurdunun təmsilçisi bu turda da ən azında məğlub olmamaq haqqında düşünəcək. "Sumqayıt" isə II pillədəki mövqeyini qorumaq üçün bu oyundan mütləq şəkildə üç xalla ayrılmağı düşünür. Hakim Tural Qurbanovun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Kəpəz"in start heyəti:

96. İqor Rodriqes(GK)

10. Tural Rzayev

7. Ehtiram Şahverdiyev

14. Elçin Əlicanov

8. Elmir Tağıyev

33. Camal Cəfərov

26. Adama Niane

91. Latir Fal

78. Yeqor Xvalko (C)

24. Olavale Onanuqa

21. Martins Junior

"Kəpəz"in ehtiyat oyunçuları:

12. Kamran İbrahimov(GK)

18. Elgün Bayramov

3. Vurğun Hüseynov

99. Əli Səmədov

88. Şakir Seyidov

47. Ədilxan Qarəhmədov

20. Mahir Həsənov

6. Nemət Musayev

22. Rüfət Əhmədov

15. Cavad Kərimov

13. Fərid Kələntərov

"Kəpəz"in baş məşqçisi:Adil Şükürov

"Sumqayıt"ın start heyəti:

1. Mehdi Cənnətov(GK)

6. Vüqar Mustafayev (C)

14. Elvin Bədəlov

7. Rövlan Muradov

17. Murad Xaçayev

8. Səbuhi Abdullazadə

19. Roi Kehat

12. Abu Dosso

4. İsa Suliman

9. Erik Sorqa

71. Masaki Murata

"Sumqayıt"ın ehtiyat oyunçuları:

36. Xəyal Fərzullayev(GK)

32. Murad Ağamalıyev

20. Ayxan Süleymanlı

21. Nihad Əhmədzadə

11. Kasimir Ninqa

58. Oktavio Manteka

10. Kamran Aliev

23. Cordan Rezabala

60. Tresor Mossi

"Sumqayıt"ın baş məşqçisi:Samir Abasov

Günün ikinci qarşılaşmasında Azərbaycan debisi baş tutacaq. Çempionluğunu rəsmən təmin etmiş "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edəcək. Motivasiyasız "Köhlən atlar" həm oyun ritmini itirməmək üçün, həm derbidə prisipialığı qorumaq üçün matçdan üç xalla ayrılmağı düşünəcək."Ağ-qaralar" isə həm III pillədə olan yeri qorumaq üçün həm də azərkeşlərin kölnünü yenidən qazanmaq üçün prinsipial rəqibinə qalib gəlməyi hədəfləyəcəklər.

Turun digər görüşləri bazar günü və bazar ertəsi günləri keçiriləcək. 

Bazar günü iki qarşılaşma baş tutuacaq.

Günün ilk qarşılaşmasında

"Turan Tovuz" "Tovuz Şəhər Stadionu"nda "Zirə"ni qəbul edəcək. Tovuzlular bu oyunda doğma publika qarşısında keçən turun məğlubiyyətini yaddan çıxartmaq üçün qələbə qazanmağa çalışacaq. "Mavi qartallar" da keçən turun məğlubiyyətini unutdurmaq üçün bu oyunda qələbə qazanmaq haqqında düşünəcək.

Günün ikinci qarşılaşmasında "Araz-Naxçıvan" " Liv Bona Dea Arena"da "Sabah"ı qəbul edəcək. Keçən tur "Zirə"ni məğlub edən Muxtar Respublika təmsilçisi bu turda uğurlu seriyasını davam etdirmək arzusundadır.  "Sabah"da Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizəni aparmaq üçün matçdan üç xalla ayrılmağı düşünür.

Turun sonuncu görüşü Bazar ertəsi günü keçiriləcək.

Günün yeganə turun sonuncu oyununda "Səbail" "ASCO Arena"da "Qəbələ"ni qəbul edəcək. Keçən tur məğlubiyyət açısı dadan "dənizçilər" bu tur doğma azərkeşlər önündə audsayderə qalib gəlmək istəyir. "Qəbələ" matçda ən azı bir xal qazanmağı düşünəcək.