"Qarabağ" rəqibini darmadağın etdi-YENİLƏNİB-5

9-05-2021, 22:10
182



Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Sabah"-"Qarabağ" oyunu başa çatdı. Gərgin keçən matçda "Qarabağ" 0:4 hesabı ilə rəqibini darmadağın edərək yenidən turnir cədvəlinin lideri oldu.

xxxx

"Sabah"-"Qarabağ" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Qarabağ" rəqibini 0:4 hesabı ilə darmadağın edir

xxxxxx

Oyunun 45+3 dəqiqəsində Maksim Medvedev penaltidən "Qarabağ"ın dördüncüqoluna imza atdı-"Sabah"-"Qarabağ"-0:4
xxxxxx
Oyunun 41-ci dəqiqəsində Xayme Romero "Qarabağ"ın üçüncü topuna imza atdı-"Sabah"-"Qarabağ"-0:3

Mahir Emreli oyunun 32-ci dəqiqəsində "Qarabağ"ın iknci topuna imza atdı-Sabah"-"Qarabağ"-0:2

xxx
Dünən Azərbaycan Premyer Liqasının XXVI turana start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün və turun son görüşündə isə "Sabah" "Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edir. İki turdu məğlubiyyətin nə olduğunu bilməyən "Sabah" bu turda "Qarabağ"ı büdrətmək niyyətindədir. "Qarabağ" isə çempionluq yolunda inamla addımlamaq üçün bu matçda mütləq qələbə qazanmağı düşünür. Çünki "Neftçi" dünən qələbə qazanaraq liderliyə yüksəldi. Hakim Rauf Cabarovun idarə etdiyi qarşılaşmada artıq 28-ci dəqiqə gedir və "Qarabağ" hesabı açır-"Qarabağ"-"Sabah"-1:0

Azərbaycan Premyer Liqasına dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.

Turun açılış matçı baş tutub. Azərbaycan Kubokunun finalçılarının "ASK Arena"da qarşılaşdığı oyunun ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Keşlə"-"Sumqayıt"-0:0. Oyunun 78-ci dəqiqəsində Rəhim Sadıxov penaltidən meydan sahiblərinin qapsına yol tapdı-"Keşlə"-"Sumqayıt"-0:1. Bundan sonra matçda yadda qalan heç bir hir hadisə olmadı və "Sumqayıt" səfərdə 0:1 hesabı ilə qalib gəldi. Bu qələbə nəticəsində gənclik şəhər təmislçisi "Sumqayıt" bir günlük olsa da üçünücü pilləyə yüksəldi.

Günün ikinci qarşılaşmasında "Səbail" "ASCO Arena"da "Neftçi"ni qəbul edib. Görüşdə hesab oyunun 13-cü dəqiqəsində açılıb. Voyislav Stankoviç darmadağının əsasının qoydu-"Səbail"-"Neftçi"-0:1. İlk hissə "Neftçi"nin 0:1 hesablı üstünlüyü ilə başa çatdı. İkinci hissədə 62-ci dəqiqə Yusif Laval "Neftçi"nin ikinci qoluna imza atdı-"Səbail"-"Neftçi"-0:2. 72-ci dəqiqədə "Neftçi"nin yaponiyalı legioneri Keysuke Honda da meydan sahiblərini meydanın mərkəzinə dəvət etdi. Oyunda son nöktəni premyer liqamızın bombardiri Namiq Ələsgərov qoydu. O 79-cu dəqiqədə penaltidən yararlana bildi-"Səbail"-"Neftçi"-0:4. Bundan sonra oyunda heç bir qol olmadı və "Neftçi" "Səbail"i 0:4 hesabı ilə darmadağın edərək bir günlük olsa da turnir cədvəlinin lideri oldu.


Bu gün isə bir qarşılaşa baş tutub. Bu görüşdən əvvəl "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Qəbələ"ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərin heç biri fərqlənə bilməyib-"Zirə"-"Qəbələ"-0:0. Görüşün ikinci hissəsində də tərəflərdən heç biri fərqlənə bilmədi və görüş başladığı hesabla bitdi-"Zirə"-"Qəbələ"-0:0. Bununlada "Zirə" üçüncü pilləyə yüksələ bilmədi.