"Zirə"-"Qəbələ" oyununda qolsuz heç-heçə-YENİLƏNİB

9-05-2021, 19:54
178


Azərbaycan Premyer Liqasınını XXVI turu çərçivəsində keçirilən "Zirə"-"Qəbələ" oyunu başa çatdı. Gərgin keçən matç başladığı hesabla bitdi-"Zirə"-"Qəbələ"-0:0

xxxx

Dünən Azərbaycan Premyer Liqasının XXVI turana start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

İlk öncə "Zirə" "Zirə İdman Komplesinin Stadionu"n "Qəbələ"ni qəbul edir. Avrokuboklara yollanmaq və mövsümü medalla bitirmək üçün "Zirə" matçdan mütləq qalib ayrılmağı düşünür. Çünki dünən qələbə qazanan "Sumqayıt" üçüncü pilləyə yüksəldi. "Qəbələ" isə "Zirə" ən azı bir xalın dalıyıca gəlib. Hakim Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada artıq oyunun ilk hissəsi arxada qaldı. İlk hissədən sonra tərəflərin heç biri fərqlənə bilməyib-"Zirə"-"Qəbələ"-0:0

Günün və turun son görüşündə isə "Sabah" "Bank Respublika Arena"da "Qarabağ"ı qəbul edəcək. İki turdu məğlubiyyətin nə olduğunu bilməyən "Sabah" bu turda "Qarabağ"ı büdrətmək niyyətindədir. "Qarabağ" isə çempionluq yolunda inamla addımlamaq üçün bu matçda mütləq qələbə qazanmağı düşünür. Çünki "Neftçi" dünən qələbə qazanaraq liderliyə yüksəldi.


Azərbaycan Premyer Liqasına dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.

Turun açılış matçı baş tutub. Azərbaycan Kubokunun finalçılarının "ASK Arena"da qarşılaşdığı oyunun ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Keşlə"-"Sumqayıt"-0:0. Oyunun 78-ci dəqiqəsində Rəhim Sadıxov penaltidən meydan sahiblərinin qapsına yol tapdı-"Keşlə"-"Sumqayıt"-0:1. Bundan sonra matçda yadda qalan heç bir hir hadisə olmadı və "Sumqayıt" səfərdə 0:1 hesabı ilə qalib gəldi. Bu qələbə nəticəsində gənclik şəhər təmislçisi "Sumqayıt" bir günlük olsa da üçünücü pilləyə yüksəldi.

Günün ikinci qarşılaşmasında "Səbail" "ASCO Arena"da "Neftçi"ni qəbul edib. Görüşdə hesab oyunun 13-cü dəqiqəsində açılıb. Voyislav Stankoviç darmadağının əsasının qoydu-"Səbail"-"Neftçi"-0:1. İlk hissə "Neftçi"nin 0:1 hesablı üstünlüyü ilə başa çatdı. İkinci hissədə 62-ci dəqiqə Yusif Laval "Neftçi"nin ikinci qoluna imza atdı-"Səbail"-"Neftçi"-0:2. 72-ci dəqiqədə "Neftçi"nin yaponiyalı legioneri Keysuke Honda da meydan sahiblərini meydanın mərkəzinə dəvət etdi. Oyunda son nöktəni premyer liqamızın bombardiri Namiq Ələsgərov qoydu. O 79-cu dəqiqədə penaltidən yararlana bildi-"Səbail"-"Neftçi"-0:4. Bundan sonra oyunda heç bir qol olmadı və "Neftçi" "Səbail"i 0:4 hesabı ilə darmadağın edərək bir günlük olsa da turnir cədvəlinin lideri oldu.