"Keşlə" və "Sabah" bir xala razı oldu-YENİLƏNİB

17-04-2021, 20:02
197

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən "Keşlə"-"Sabah" oyunu başa çatdı. Gərgin keçən matç başladığı hesabla bitdi-"Keşlə"-"Sabah"-0:0

xxxxx

Dünən Azərbaycan Premyer Liqasının XXIII turuna start verilib. Bu günə PFL iki oyun təyin edib.

İlk öncə "Keşlə" "ASK Arena"da "Sabah"ı qəbul edir. Tərəflər bu oyunda sonuncu yerin "sahibi"ni müəyyənləşdirir. "Keşlə" qələbə qazanıb yenidən "Sabah"ın mövqeyinə qayıtmağı düşünür. "Sabah" isə qələbə qazanaraq hətta bir pillə də irəlləməyi düşünür. Hakim Elçin Məsiyevin idarə etdiyi qarşılaşmada da artıq oyunun ilk hissəsi arxada qaldı. İlk hissədən sonra tərəflərin heç biri fərqlənə bilməyib- "Keşlə"-"Sabah"-0:0


Günün və turun son oyununda isə "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edəcək. İki turdu qələbəyə həsrət olan Flaqman bu turda mütləq qələbə qazanmağı düşünür. Çünki əks təqdirdə olan nəticə Flaqmanın çempionluq yolunda ağır zərbə ola bilər. Həm də "Neftçi" "Qarabağ"ın xal itirməsindən maksimum istifadə edərək onunla xal fərqini azaltmaq istəyir "Zirə" hər zaman ki kimi "Neftçi" ilə oyunda oyunun aşkar audsaderi deyil. "Sumqayıt"la bürüc uğrunda mübarizədə büdrəməmək üçün "Zirə" meydan ən azı bir xalla ayrılmağı düşünür. Çünki dünən "Sumqayıt" meydan xal ilə ayrılaraq üçüncü pilləni "Zirə"nin əlindən alıb.


Tura dünən start verilib. Dünən iki qarşılaşma baş tutub.

İlk öncə "Səbail" "ASCO Arena"da "Qarabağ"ı qəbul edib. Oyunda hesab 37-ci dəqiqədə açıldı. Amil Yunanov "Qarabağ"ın qapısına təyinən olunan penaltini qola çevirə bildi- "Səbail"-"Qarabağ"-1:0. Ancaq "dənizçilər"in sevinci çox çəkməyib. Oyunun 42-ci dəqiqəsində Uroş Matiç "Qarabağ"ın bərabərlik qoluna imza atdı- "Səbail"-"Qarabağ"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə yekunlaşıb. İkinci hissədə tərəflərdən heç kim fərqlənə bilməyib və ilk hissənin nəticəsi oyunun nəticəsi olub- "Səbail"-"Qarabağ"-1:1. "Qarabağ" qızıl medallar uğrunda qızıla bərabər xallar itirib.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt" "Kapital Bank Arena"da "Qəbələ"ni qəbul edib. Oyunun ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Sumqayıt"-"Qəbələ"-0:0. Oyunun 66-cı dəqiqəsində Rəhim Sadıqov möhtəşəm qolla hesabı açıb-"Sumqayıt"-"Qəbələ"-1:0. 75-ci dəqiqədə Əli Qurbani qonaqları ikinci dəfə məyus edib-"Sumqayıt"-"Qəbələ"-2:0. Bundan sonra oyunda heç bir qol olmadı və matç "Sumqayıt"ın 2:0 hesablı qələbəsi ilə başa çatdı. Bununla da "Sumqayıt" "Zirə" ilə xallarını bərabərləşdirib şəxsi nəticələrə görüə üçüncü pilləyə geri qayıtdı.