"Neftçi" məğlub oldu-YENİLƏNİB-2

25-02-2021, 17:57
229


Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində keçirilən "Zirə"-"Neftçi" oyunu başa çatdı. Gərgin keçən matçda meydan sahibləri "Zirə" 1:0 hesabı ilə qalib gəldi

Oyunun 67 dəqiqəsində David Volkovun qolu ilə "Zirə" hesabı açdı-"Zirə"-"Neftçi"-1:0

xxxxx

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun oyunlarına start veriləcək. PFL bu turun bütün görüşlərini eyni gündə təyin edib.

Günün ikinci görüşündə iki turdu xal itirən "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda lider "Neftçi"ni qəbul edir. Qələbə üzünə həsrət "Zirə" bu oyunda bu sindroma son qoymağa çalışacaq. "Neftçi" isə "Qarabağ"la arasındakı xal fərqini azaltmamaq üçün bu görüşdən mütləq üç xalla ayrılmağı düşünür. Hakim Əliyar Ağayevin idarə etdiyi qarşılşamada artıq ilk hissə arxada qaldı və ilk hissədən sonra tərəflərin heç biri fərqlənə bilməyib-"Zirə"-"Neftçi"-0:0


Hal-hazırda "Sabah" "Bank Respublika Arena"da "Keşlə"ni qəbul edir. Həmin oyunda 25-ci dəqiqə gedir və tərəflərdən heç biri fərqlənə bilməyib- "Sabah"-"Keşlə"-0:0



Günün və turun son qarşılaşmasında "Qarabağ" "Azersun Arena"da "Səbail"i qəbul edəcək. Ağdamlılar "Neftçi" ilə çempionluq mübarizəsində büdrəməsin deyə bu matçda mütləq qələbə qazanmağa çalışacaqlar. "Dənizçilə"də keçən tur qazandıqları qələbənini motivasiya ilə "Azərsun Arena"da bir xal qazanmağa çalışacaqlar.

Tura "Qəbələ Şəhər stadionun"da "Qəbələ"-"Sumqayıt" oyunu ilə start verilib. Görüşün ilk hissəsində tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb. İlk hissə başladığı hesabla bitib-"Qəbələ"-"Sumqayıt"-0:0. İkinci hissədə oyunun 50-ci dəqiqəsində "Qəbələ"nin heyətindən Ceyms Adeniyi hesabı açıb- "Qəbələ"-"Sumqayıt"-1:0. Bunda sonra tərəflərin səylərinə baxayraq matçda heç bir qol olmayıb və gərgin keçən görüş 1:0 "Qəbələ"nin xeyrinə başa çatıb.