“Barselona"nı sevirəm, bu komanda mənim həyatımdır" - Messi

28-12-2020, 16:23
147


"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubuna olan sevgisindən danışıb.

Nəzər Media.az qol.az-a istinadən xəbər verir ki, argentinalı hücumçu bununla bağlı "La Sexta"ya açıqlamasında deyib:

"Barselona"nı sevirəm, bu komanda mənim həyatımdır. "Barselona" ilə bir sevgi hekayəmiz var, klub mənə hər şeyi verdi. Başa düşürəm ki, klub indi çətin dövr keçirir, çətindir. Bir vaxtlar fəth etdiyimiz yüksəkliklərə qayıtmaq bizim üçün çox çətin olacaq".

Qeyd edək ki, Messinin Kataloniya təmsilçisi ilə müqaviləsi gələn ilin iyunu başa çatır.