PSJ Messinin atası ilə danışıqlar aparır

12-11-2020, 11:24
103


PSJ "Barselona"nın kapitanı Lionel Messinin transferi üçün onun atası və meneceri Xorxe Messi ilə danışıqlar aparır.

Nəzər Media.az qol.az-a istinadən xəbər verir ki, tərəflər argentinalı hücumçunun Paris klubuna mümkün keçidini müzakirə ediblər. Lakin danışıqlar rəsmi olaraq yalnız yanvar ayında- Messinin Kataloniya klubu ilə müqaviləsinin bitməsindən 6 ay əvvəl başlaya bilər.

Qeyd edək ki, Messi bu mövsüm "Barselona" ilə 10 oyuna çıxaraq, 6 qol vurub və 4 qolun ötürməsini verib.