“Barselona”dan ilk, avrokuboklarda 4-cü

9-03-2017, 17:28
323

“Barselona”dan ilk, avrokuboklarda 4-cü"Barselona" avrokuboklar tarixinə düşüb.

Kataloniya təmsilçisi ilk oyunda 0:4 hesabı ilə uduzub, sonda mərhələ keçən ilk komanda kimi tarixə düşüb.

Luis Enrikenin yetirmələri PSJ ilə cavab oyununda 6:1 hesabı ilə qalib gəlib. Bununla da İspaniya təmsilçisi Fransadakı 0:4 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb.
 
Bu, avrokuboklar tarixində 4 top fərqinin aradan qaldırıldığı 4-cü cüt olub. Lakin digər üç komanda "Barselona" kimi 0:4 deyil, qollu darmadağınlardan sonra geri dönüş edib.
 
İlk belə hadisə 1961/62 mövsümündə yaşanıb. Portuqaliya təmsilçisi "Leykoeş" Kuboklar Kubokunda İsveçrədə 2:6 hesabı ilə uduzduğu "La-Şo-de-Fon"u öz meydanında 5:0 hesabı ilə yenib.
 
UEFA kubokunun 1984/85 mövsümündə Serbiya "Partizan"ı qəhrəmanlıq edib. İngiltərədə KPR-a 2:6 hesabı ilə uduzan Belqrad klubu evdə 4 cavabsız qol vurub.
 
1 il sonra "Real" eyni turnirdə fərqlənib. Mönhenqladbax "Borussiya"sına Almaniyada 1:5-ə uduzan madridlilər evdə 4:0-a sevinib.

  //apasport.az