"Real" kubokla vidalaşdı, "Atletiko" yarımfinalda

26-01-2017, 23:13
240

"Real" kubokla vidalaşdı, "Atletiko" yarımfinaldaİspaniya Kubokunda daha 2 yarımfinalçının adı müəyyənləşib.

"Alaves"in ardınca "Atletiko" və "Selta" da 1/4 final mərhələsindən üzüağ çıxıb.

İlk görüşdə "Eybar"ı 3:0 hesabı ilə məğlub edən "Atletiko" cavab matçında 2:2 hesablı heç-heçəyə imza atıb. Nəticədə Dieqo Simeonenin yetirmələri adlarını yarimfinala yazdırıblar.
 
Madridin digər təmsilçisi "Real" isə kubokda mübarizəni dayandırıb. "Santyaqo Bernabeu"da "Selta"ya 1:2 hesabı ilə məğlub olmuş "kral klubu" səfərdə keçirilən cavab matçında lazım olan nəticəyə imza ata bilməyib. Görüş 2:2 hesabı ilə nəticələnib.
 
Son yarımfinalçının adına isə bu gün keçiriləcək "Barselona" - "Real Sosyedad" matçında aydınlıq gələcək. Bu komandaların ilk görüşündə "Barselona" səfərdə 1:0 hesablı qələbə qazanıb.
 
 
İspaniya Kuboku
1/4 final mərhələsinin cavab oyunları
25 yanvar
 
"Eybar" - "Atletiko" - 2:2
Qollar: Enrix, 73; Leon, 80 - Ximenes, 49; Xuanfran, 85
İlk oyun - 0:3
 
"Selta" - "Real" - 2:2
Qollar: Danilo, 44 (avtoqol); Uass, 85 - Ronaldo, 62; Lukas, 90
İlk oyun - 2:1
 
26 yanvar
00:15. "Barselona" - "Real Sosyedad"
İlk oyun - 1:0

   //apasport.az