Bakıda avtomobil qaçıran Şəki sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun "Chevrolet" markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobil həmin gün saat 23.00 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb.
Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib.
29-cu Polis Bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.
Araşdırma aparılır.
//Milli.az
Bayramov Mirzoyanla Qazaxıstanda görüşəcək?
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia
Bakı bu bəyannaməyə istinada həvəsli deyil
Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR
Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır-FOTOLAR
"Xırdalan" pley-off 'a qələbə ilə başlayıb
AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU-2024”ÜN PARADI KEÇİRİLİB
İstanbulda 4-cü Beynəlxalq Məktəb Müdirləri Konfransı keçiriləcək
Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd etdi
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
"Yaş ötdükcə dodaqlar nazikləşir”
“Nə atadan, nə qardaşdan qorxur”
Bu həftə 6 gün işləyəcəyik?
« May 2024 » | ||||||
---|---|---|---|---|---|---|
B.e. | Ç.a. | Ç | C.a. | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |