Bakıda qadını döyüb soydular

17-09-2015, 13:35
465

 Bakıda qadını döyüb soydular
Bakıda qadın döyülərək soyğunçuluğa məruz qalıb.

Bu barədə ""a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 15-də saat 02:50 radələrində Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İlhamə Xəlilovanı döyərək içərisində 120 manat pul, 1 cüt sırğa, mobil telefon və sənədləri olan əl çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Orxan Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

   //Report