Dünyanın ən böyük iqtisadiyyatları müəyyənləşdi -SİYAHI

11-11-2015, 12:31
513

Dünyanın ən böyük iqtisadiyyatları müəyyənləşdi -SİYAHIİqtisadiyyat baxımından dünyanın ən güclü ölkələrinin siyahısı hazırlanıb. Ümumdaxili məhsulun istehsalına görə, ABŞ 17.4 trilyon dollarla siyahının ilk pilləsində qərarlaşıb. Müvafiq olaraq siyahının ikinci və üçüncü yerlərində Çin və Yaponiya qərarlaşıb. Siyahı Dünya Bankının verdiyi məlumatlar əsasında hazırlanıb.

Cari qiymətlərlə 2014-cü ilin ümumdaxili məhsulun istehsalı əsas götürüldüyü zaman 17 trilyon 419 milyard dollarlıq ümumdaxili məhsulla Amerika Birləşmiş Ştatları (ABŞ) dünyanın ən böyük iqtisadi gücünə sahibdir.

ABŞ-ı 10.3 trilyonluq ümumdaxili məhsul istehsalı ilə Çin, 4.6 trilyon dollarlıq ÜDM ilə Yaponiya, 3.9 trilyon dollarlıq ÜDM ilə Almaniya və 2.9 trlyonluq ÜDM ilə Böyük Britaniya izləyir.

Siyahının 6-cı pilləsində 2.8 trilyon dollarlıq ÜDM ilə Fransa, 7-ci pilləsində 2.3 trilyon dollarlıq ÜDM ilə Braziliya, 8-ci yerdə 2.1 trilyon dollarlıq ÜDM ilə İtaliya, 9-cu yerdə 2 trilyon dollarlıq ÜDM ilə Hindistan, 10-cu pillədə isə 1.9 trilyon dollarla Rusiya Federasiyası qərarlaşıb.

Kanada (1.8 trilyon dollar), Avstraliya (1.4 trilyon dollar), Cənubi Koreya (1.4 trilyon dollar), İspaniya (1.4 trilyon dollar) və Meksika (1.3 trilyon dollar) siyahıda ÜDM-si 1 trilyon dollardan yuxarı olan ölkələr pilləsində qərarlaşıb.

İndoneziya 888.5 milyard dollarlıq ÜDM ilə 16-cı, Hollandiya 869.5 milyard dollarlıq ÜDM ilə 17-ci, Türkiyə isə 799.5 milyard dollarlıq ÜDM ilə siyahının 18-ci pilləsində qərarlaşıb. Türkiyəni müvafiq olaraq Səudiyyə Ərəbistanı ilə İsveç izləyir.

Dünya Bankının məlumatları əsasında hazırlanmış 2014-cü ilin ÜDM istehsalına görə dünyanın ən böyük (Avrozona ölkələri xaric) ölkələrinin siyahısı belədir:

1. ABŞ - 17 trilyon 419 milyard dollar
2. Çin – 10 trilyon 360 milyard 105 milyon 206 min 908 dollar
3. Yaponiya – 4 trilyon 601 milyard 461 milyon 206 min 885 dollar
4. Almaniya – 3 trilyon 852 milyard 556 milyon 169 min 656 dollar
5. Böyük Britaniya – 2 trilyon 941 milyard 885 milyon 537 min 461 dollar
6. Fransa – 2 trilyon 829 milyard 192 milyon 039 min 172 dollar
7. Braziliya – 2 trilyon 346 milyard 118 milyon 175 min 194 dollar
8. İtaliya – 2 trilyon 144 milyard 338 milyon 185 min 065 dollar
9. Hindistan – 2 trilyon 066 milyard 902 milyon 397 min 333 dollar
10. Rusiya – 1 trilyon 860 milyard 597 milyon 922 min 763 dollar
11. Kanada – 1 trilyon 786 milyard 655 milyon 064 min 510 dollar
12. Avstraliya – 1 trilyon 453 milyard 770 milyon 210 min 672 dollar
13. Cənubi Koreya – 1 trilyon 410 milyard 382 milyon 943 min 973 dollar
14. İspaniya – 1 trilyon 404 milyard 306 milyon 536 min 058 dollar
15. Meksika – 1 trilyon 282 milyard 719 milyon 954 min 862 dollar
16. İndoneziya – 888 milyard 538 milyon 201 min 205 dollar
17. Hollandiya – 869 milyard 508 milyon 125 min 480 dollar
18. Türkiyə - 799 milyard 534 milyon 963 min 354 dollar
19. Səudiyyə Ərəbistanı – 746 milyard 248 milyon 533 min 333 dollar
20. İsveç – 570 milyard 591 milyon 266 min 160 dollar
21. Nigeriya – 568 milyard 508 milyon 262 min 378 dollar
22. Polşa – 548 milyard 003 milyon 360 min 279 dollar
23. Argentina – 540 milyard 197 milyon 457 min 444 dollar
24. Belçika – 533 milyard 382 milyon 785 min 676 dollar
25. Venesuella – 509 milyard 964 milyon 084 min 931 dollar.

   //Nəzər Media.az