Dünyanın qaza olan tələbatı 5 trilyon kubmetrə çatacaq

24-11-2015, 10:37
269

Dünyanın qaza olan tələbatı 5 trilyon kubmetrə çatacaq"Enerji təhlükəsizliyi üçün qazın alıcıları və satıcıları risqləri bərabər bölməlidir." Bunu İranda səfərdə olan Rusiya prezidenti Vladimir Putin Tehranda keçirilən Qaz sammitində bəyan edib. Qaz bazarında ədalətli qiymətin tərəfdarı olduqlarını bildirən Putin xatırladıb ki, bu gün Qaz İxrac Edən ölkələr forumu dünyanın qaz ticarətinin yarısını təmin edir və qaza olan tələbat da artacaq. Rusiya prezidenti dünyanın qaza olan tələbatının 32% artacağını deyib:

"Qaz iqtisadi cəhətdən daha sərfəli və ekoloji baxımdan təmiz yanacaq növüdür. Dünyada qaza olan tələbat artır. Proqnozlara görə, 2040-cı ilədək dünyada qaza tələbat 32% arataraq təxminən 5 trilyon kubmetrə çatacaq. Xatırladım ki, 2014-cü ildə bu, 3,7 trilyon kubmetr idi. Bu, qazın istehsalını və ixracını genişləndirmək üçün böyük imkanlar açır, eyni zamanda ciddi çağırışlar edir. Ona görə də, yeni qaz yataqlarının işlənilməsi, qaz nəqli infrastrukturunun genişləndirilməsi, əlavə kəmərlərin tikintisi, şaxəli qaz təchizatı marşrutlarının yaradılması lazım olacaq.” – deyə Rusiya prezidenti Vladimir Putin bildirib.

   //ANS Press