Əsl ərəb zövqü: 76,87 milyon dollarlıq tort hazırlandı

9-09-2015, 16:31
504

Əsl ərəb zövqü: 76,87 milyon dollarlıq tort hazırlandı
Fars Körfəzindəki ərəb monarxiyalarındakı zəngin ərəblər "zövq" və bədxərcikləri ilə təəccübləndirməyə davam edirlər.

Belə ki, belə zəngin ərəb ailələrindən birinin sifarişi ilə Britaniyada dünyanın ən bahalı tortu hazırlanıb.
Ad günü münasibətilə bişirilmiş tortun qiyməti 76,87 milyon dollardır. Tort 4 min brilliant qaşla bəzədilib.

Məşhur kulinar, 33 yaşlı Debbi Uinqamın əsəri olan bu tort 1100 saatlıq zəhmət hesabına başa gəlib.
Moda şousu formasında hazırlanmış, 180 kq ağırlığındakı tortdakı fiqurlar və podium şokoladdan hazırlanıb.

"Müştərinin adını deyə bilmərəm. Yalnız onu söyləyim ki, sifarişçi Birləşmiş Ərəbə Əmirliklərində yaşayan ailədir", - Uiqnam söyləyib.

   /milli.az