Ukraynanın baş naziri Arseniy Yatsenyuk Krımın ilhaqı və Donbasın dağıdılmasına görə ölkəsinin Rusiyadan azı 1 trilyon qrivna (təxminən 50 milyard dollar) tələb etmək niyyətində olduğunu bildirib.
Kiyev hazırda Rusiya ilə hüquqi savaşa hazırlaşır.
Ukrayna baş nazirinin sözlərinə görə, Kompensasiya ilə yanaşı məhkəmə araşdırması gündəliyinə Moskvanın Ukraynanın 3 milyard dollarlıq borcunu restrukturizasiya etmək istəməməsi salına bilər. Yatsenyuk Rusiyanı borcun restrukturizasiya olunması ilə bağlı mövqeyini oktyabrın 29-dək bildirməyə çağırıb. Onun sözlərinə görə, Kiyev Moskvaya borcun restrukturizasiyasını və qismən silinməsini təklif edir.
Rusiya rəsmiləri bundan əvvəl borcu restrukturizasiya etməkdən imtina etdiklərini bildirərək Ukraynanın borcunu tam həcmdə ödəməli olacağını diqqətə çatdırmışdılar. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın mövqeyində dəyişikliyin baş vermədiyini təsdiqləyib. Peskovun kompensasiya tələbinə cavabı isə belə olub: "Krım - Rusiya ərazisidir, Donbas - Ukrayna ərazisi. Trilyon haradan çıxdı?”
//ANS Press
Sərinləşdirici içki daşıyan yük maşını tarlaya aşdı: 2 yaralı
Yol qəzası: Avtomobil aşdı
30 qanunsuz mühacir xilas edildi, 22 nəfər qanunsuz mühacir isə saxlanıldı
İki yük maşını toqquşdu: 3 yaralı
Castinin arvadından hamiləlik FOTOLAR
Azərbaycanın nümayəndə heyəti bədii gimnastika üzrə AVRO-da iştirak edəcək
Fudokançılarımız avropa çempionatıda iştirak edəcəklər
Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa çempionatına start verilib
Kenyada torpaq sürüşməsi baş verib
Traktorun mühərriyinə paltarı ilişən 15 yaşlı qız vəfat etdi
Hərəkətsiz təyyarədən yerə yıxıldı
Həftə sonu Meksikada hava sərinləşəcək
Yol qəzası: Sürücü yaralandı
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır