Təranə Aslanova Karyera sərgisinin önəmindən bəhs edib

2-05-2024, 13:54
86

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Mayın 2-si ADA Universitetində 12-ci Karyera sərgisi keçirilib. "İstedadlarla karyera yolları arasında körpü" devizi altında keçirilən Karyera sərgisində 137 qurum təmsil olunub.  ABB-nin tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyilə keçirilən sərgi zamanı aprelin 16-dan etibarən fəaliyyətə başlayan Karyera hazırlığı həftəsinə də yekun vurulub.

Karyera Hazırlığı həftəsi ilə bağlı ADA Universitetinin Karyera Xidmətləri şöbəsinin meneceri Təranə Aslanova Strateji.az saytının suallarını cavablandırıb.

Təranə xanım istətdim ki, ilk olaraq tədbirlə bağlı məlumat verərdiz.

-Karyera Sərgisi ADA Universitetinin Karyera Xidmətlər tərəfində artıq 12-ci ildir ki, həyata  keçirilir.  Karyera hazırlıq həftəsi Aprelin 16-dan start görürmüşdü. İlk olaraq 20 şirkətlə başlamışdıq. 20-dən çox şirkətin 185-dən çox nümayəndəsi ADA Universitetinin tələbələrinə təlimlər keçmişdi. Bunun nəticəsində onlar təcrübə və iş imkanları ilə təmin oludular. Bu gün isə sonuncu tədbir, Karyera sərgisi keçirilir. Karyera sərgisində 137 şirkət iştirak edir. Bu şirkətlər müxtəlif sənayə sahələrindən, müxtəlif sektorlardandır. Maliyyə, Bank, İnformasiya Texnolofiyaları sahəsi və dövlət qurumları burada çox fəal iştirak edir. Hər bir şirkət özü ilə bərabər çox sayda təcrübə proqramı və vakansiya ilə gəlib. Qeyd etmək lazımdır ki, hər bir şirkətlər kadırlar şöbəsinin nümayəndəsi ilə təmsil olunur burada. Bu da tələbələrin bir başa onlarla əlaqə yaratmasında, öz CV-lərini təqdim etməyə şərait yaradır. Bütün bunlar isə tələbələrin gəlcəkdə işlə təminatında mühim rol oynayır.

Şirkətlərə siz müraciət edirsiz?  Yoxsa onlar özləri maraqlı olur bu sərgidə iştirak etməyə ?

-Biz ildə bir dəfə Karyera Sərgisi keçiririk. Bununla bağlı elan paylaşırıq. Bu elan bütün şirkətlərə açıq olur. Eyni zamanda da bizim daima işlədiyimiz tərəfdaş şirkətlərdə mövcuddur. Elandan sonra şirkətlər qeydiyyatdan keçərək gəlib sərgidə iştirak edirlər.