Yəməndə PARTLAYIŞ: ölənlər var

24-02-2017, 17:22
251

Yəməndə PARTLAYIŞ: ölənlər varYəmənin cənub-qərbində, Abyan əyalətinin Zincibar şəhərində partlayış baş verib.

Terrorçu-intiharçı minalanmış avtomobillə hərbi düşərgənin giriş hissəsinə gələrək partlayıcı qurğunu işə salıb.

Hadisə nəticəsində ən azı 5 hərbçi ölüb.

Partlayışdan sonra hökumət qüvvələri ilə silahlılar arasında atışma olduğu bildirilir.

Terrorçunun "Əl-Qaidə" təşkilatının üzvü olduğu ehtimal edilir.

   //Trend