Azərbaycan Premyer Liqası XXXI TUR-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

29-04-2024, 22:31
61

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub. Tur maraqlı nəticələrlə yadda qalıb. "Sabah"ın, "Kəpəz"in "Neftçi"nin və "Sumqayıt"ın qalib gəldiyi turda "Zirə" məğlubiyyət acısı yaşayıb.

Azərbaycan Premyer Liqasının XXXII turuna şənbə günü start verilib. Şənbə günü bir qarşılaşma baş tutub.

Günün yeganə turun ilk qarşılaşmasında Artıq oyunun 22-ci dəqiqəsində "Sabah" Con İrasabalın qolu ilə hesabı açıb-"Sabah"-"Səbail"-1:0.Oyunun 39-cu dəqiqəsində Cessi Cekidika "Sabah"ın ikinci topuna imza atıb-"Sabah"-"Səbail"-2:0. İlk hissə "Sabah"ın 2:0 hesabı ilə üstünlüyü ilə başa çatdı. Oyunun ikinci hissəsində heç bir qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-"Sabah"-"Səbail"-2:0.

Dünən isə üç qarşılaşma baş tutub. 

Günün ilk qarşılaşmasında "Qəbələ" "Qəbələ Şəhər Stadionu"nda qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Artıq oyunun 7-ci dəqiqəsində "Kəpəz" Martin Juniorun qolu ilə hesabı açıb-"Qəbələ"-"Kəpəz"-0:1. İlk hissə "Kəpəz"in 0:1 hesablı üstünlüyü ilə bitib. Oyunun ilk hissəsində heç bir qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-"Qəbələ"-"Kəpəz"-0:1.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Neftçi Arena"da "Turan Tovuz"u qəbul edib. Artıq oyunda oyunun 15-ci dəqiqəsində "Neftçi" Filp  Ozobiçin qolu ilə hesabı açıb-"Neftçi"-"Turan Tovuz"-1:0.Oyunun 31-ci dəqiqəsində Yuri Matias penaltidən "Neftçi"nin ikinci topuna imza atıb-"Neftçi"-"Turan Tovuz"-2:0. İlk hissə "ağ-qaralar"ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində "Turan Tovuz" daha bir zərbə aldı. "Turan-Tovuz"un heyətindən Bruno Qonçales qırmızı vərəqə alaraq meydandan qovulub-"Neftçi"-"Turan -Tovuz"-2:0.Oyunun  70-ci dəqiqəsində Rəhman Hacıyevin penaltidən "Neftçi"nin üçüncü topuna imza atıb-"Neftçi"-"Turan Tovuz"-3:0. Bu oyunda vurulan sonuncu qol olub və "Neftçi" üç xalı üç cavabsız qolla qazanıb-"Neftçi"-"Turan Tovuz"-3:0. 

Günün üçüncü qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt"  "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"nda Çempionluğu rəsmləşdirmiş "Qarabağ"ı qəbul edib. İlk hissə başladığı hesabla bitib-"Sumqayıt"-"Qarabağ"-0:0.Oyunun 70-ci dəqiqəsində "Sumqayıt" Roi Kehatın qolu ilə hesabı açıb-"Sumqayıt"-"Qarabağ"-1:0. Bu oyunda vurulan yeganə qol olub və "Sumqayıt" matçdan 1:0 qalib ayrılıb.

Bu gün bir qarşılaşma baş tutub. 

"Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Araz-Naxçıvan"qəbul edib. Oyunun ilk hissəsi başladığı hesabla bitib-"Zirə"-"Araz-Naxçıvan"-0:0. Oyunun 89-cu dəqiqəsində "Zirə" İqor Ribeyronun qolu ilə hesabı açıb-"Zirə"-"Araz-Naxçıvan"-0:1. Bu oyunda vurulan son qol oldu və "Araz-Naxçıvan" matçdan 0:1 qalib ayrıldı.

NƏTİCƏLƏR:

"SABAH"-"SƏBAİL"-2:0

"QƏBƏLƏ"-"KƏPƏZ"-0:1

"NEFTÇİ"-"TURAN TOVUZ"-3:0

"SUMQAYIT"-"QARABAĞ"-1:0

"ZİRƏ"-"ARAZ-NAXÇIVAN"-0:1

TURNİR CƏDVƏLİ:

NKlublarOQHMT-FX
1Qarabağ32234585-3273
2Sumqayıt321311833-3450
3Neftçi321481043-3350
4Zirə321310929-2049
5Sabah321471146-3849
6Səbail321191247-5142
7Turan Tovuz321191247-4742
8Araz-Naxçıvan32981529-4435
9Kəpəz32971637-5934
10Qəbələ32452323-6117

BOMBARDİLƏR:

Olavio Juninyo ("Qarabağ") - 17 qol

Aleksandr Ramalinqom ("Səbail") - 13 qol

Yassin Benzia ("Qarabağ") - 12 qol

Nəriman Axundzadə ("Qarabağ") - 10 qol