"Araz-Naxçıvan" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

29-04-2024, 20:56
86

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən"Zirə"- "Araz-Naxçıvan" oyunu başa çatdı.  Gərgin keçən oyunda "Araz-Naxçıvan" 0:1 hesabı ilə qələbə qazandı.


xxxxxx



Oyunun 89-cu dəqiqəsində "Zirə" İqor Ribeyronun qolu ilə hesabı açdı-"Zirə"-"Araz-Naxçıvan"-0:1


xxxx

Şənbə günü futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start verilib. PFL bu günə bir qarşılaşma təyin edib.

Günün yeganə, turun sonuncu qarşılaşmasında  "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Araz-Naxçıvan"ı qəbul edir. "Mavi qartallar" "Neftçi" və "Sumqayıt"ın qələbə qazanmasından sonra  II pillədə olan yerlərini qaytarmaq üçün  üçün bu matçdan üç xalla ayrılmaq istəyirlər. "Araz-Naxçıvan" isə bu matçda ən azı məğlub olmamağa çalışır. Hakim Cavid Cəlilovun idarə etdiyi qarşılaşmada artıq oyunda ilk hissə arxada qaldı. İlk hissədən sonra tərəflərdən heç biri fərqlənə bilməyi-"Zirə"-"Araz-Naxçıvan"-0:0

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna Şənbə günü start verilib. PFL açılış gününə bir qarşılaşma təyin edib. 

Günün yeganə turun ilk qarşılaşmasında Artıq oyunun 22-ci dəqiqəsində "Sabah" Con İrasabalın qolu ilə hesabı açıb-"Sabah"-"Səbail"-1:0.Oyunun 39-cu dəqiqəsində Cessi Cekidika "Sabah"ın ikinci topuna imza atıb-"Sabah"-"Səbail"-2:0. İlk hissə "Sabah"ın 2:0 hesabı ilə üstünlüyü ilə başa çatdı. Oyunun ikinci hissəsində heç bir qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-"Sabah"-"Səbail"-2:0.

Dünən isə üç qarşılaşma baş tutub. 

Günün ilk qarşılaşmasında "Qəbələ" "Qəbələ Şəhər Stadionu"nda qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Artıq oyunun 7-ci dəqiqəsində "Kəpəz" Martin Juniorun qolu ilə hesabı açıb-"Qəbələ"-"Kəpəz"-0:1. İlk hissə "Kəpəz"in 0:1 hesablı üstünlüyü ilə bitib. Oyunun ilk hissəsində heç bir qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-"Qəbələ"-"Kəpəz"-0:1.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Neftçi Arena"da "Turan Tovuz"u qəbul edib. Artıq oyunda oyunun 15-ci dəqiqəsində "Neftçi" Filp  Ozobiçin qolu ilə hesabı açıb-"Neftçi"-"Turan Tovuz"-1:0.Oyunun 31-ci dəqiqəsində Yuri Matias penaltidən "Neftçi"nin ikinci topuna imza atıb-"Neftçi"-"Turan Tovuz"-2:0. İlk hissə "ağ-qaralar"ın 2:0 üstünlüyü ilə başa çatıb. Oyunun 62-ci dəqiqəsində "Turan Tovuz" daha bir zərbə aldı. "Turan-Tovuz"un heyətindən Bruno Qonçales qırmızı vərəqə alaraq meydandan qovulub-"Neftçi"-"Turan -Tovuz"-2:0.Oyunun  70-ci dəqiqəsində Rəhman Hacıyevin penaltidən "Neftçi"nin üçüncü topuna imza atıb-"Neftçi"-"Turan Tovuz"-3:0. Bu oyunda vurulan sonuncu qol olub və "Neftçi" üç xalı üç cavabsız qolla qazanıb-"Neftçi"-"Turan Tovuz"-3:0. 

Günün üçüncü qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt"  "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"nda Çempionluğu rəsmləşdirmiş "Qarabağ"ı qəbul edib. İlk hissə başladığı hesabla bitib-"Sumqayıt"-"Qarabağ"-0:0.Oyunun 70-ci dəqiqəsində "Sumqayıt" Roi Kehatın qolu ilə hesabı açıb-"Sumqayıt"-"Qarabağ"-1:0. Bu oyunda vurulan yeganə qol olub və "Sumqayıt" matçdan 1:0 qalib ayrılıba