Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib-FOTOLAR

29-04-2024, 23:28
59

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 8 kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət futbol komandaları mübarizə aparır.

1/4 final mərhələsinin ilk günündə "Günəşli" və "Şağan" komandaları üz-üzə gəlib. Komandalar arasında baş tutan görüş "Günəşli"nin qalibiyyəti ilə yekunlaşıb - 3:0. Növbəti görüşdə "Qaraçuxur" "Mərdəkan" komandasına 2:5 hesabı ilə uduzub.

Yarışın ikinci günündə 1/4 final mərhələsinin növbəti oyunları keçirilib. "Zabrat" və "Biləcəri" arasında baş tutan görüşdə "Biləcəri" qalib olub - 1:0. "Sabunçu" "Aşağı Güzdək" komandasına 1:3 hesabı ilə məğlub olub. 

Qalib komandalar yarımfinal mərhələsinə vəsiqə qazanıblar.