Yəməndə partlayış: 4 hərbçi həlak oldu

4-03-2016, 15:26
224

Yəməndə partlayış: 4 hərbçi həlak olduYəmənin Ədən şəhərində partlayış baş verib.  
 
Nəticədə 4 hərbçi həlak olub, 5-i yaralanıb.
 
Məlumata görə, şəhərin şərq hissəsində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında minalanmış avtomobil partladılıb.
 
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.
 
Xatırladaq ki, Yəmən prezidenti Əbd Rabo Mənsur Hadi ötən ilin martın 7-də ölkə paytaxtının Ədən şəhərinə köçürüldüyünü elan edib.

   //APA