Bakıda təhsil yarmarkası keçirildi

5-11-2015, 09:41
259

Bakıda təhsil yarmarkası keçirildi Bakıda təhsil yarmarkası baş tutub.

Tədbirdə ABŞ-ın müxtəlif ştatlarında yerləşən 30-a yaxın universitet və orada təhsil imkanları barədə qonaqlara ətraflı məlumat verildi.

Yarmarkada Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.

"Amerika Birləşmiş Ştatlarının bir çox universitetləri azərbaycanlı gəncləri öz təhsil mərkəzlərində görmək istəyirlər. Eyni zamanda Amerikada təhsil almaq arzusunda olan gənclər üçün ABŞ Dövlət Departamenti müxtəlif təqaüdlər və imkanlar təklif edir. Həmçinin təhsil almaq istəyən gənclərə viza almaq məsələlərində də səfirlik öz kəməkliyini etməyə hazırdır”, – deyə Robert Sekuta bildirib.

Sərginin təşkil edilməsində iştirak edən səfirlik nümayəndəsi Amerikada təhsil alan gənclərin hansı üstünlüklər əldə edəcəyindən danışıb.

"Amerika təhsil sərğisi artıq 5-ci ildir ki, keçirilir. Ötən ilin statistikasına əsasən 388 tələbə Amerikanın müxtəlif universitetlərində təhsil alır. Son 10 il müddətində Amerikada təhsil almaq istəyənlərin sayında 5 faiz artım qeydə alınıb”, - deyə Amerika təhsil üzrə mütəxəssis Ramilə Verdiyeva qeyd edib.

Yarmarkada təhsil almaq istəyən gənclər müxtəlif universitetlərə aid olan buklet və materiallar əldə edə biliblər.

Onların ABŞ-ın ali məktəblərində təhsil almış amerikalı və azərbaycanlı məzunlarla həmsöhbət olublar.

Yarmarkada ABŞ-ın bir çox kollec və ali məktəbləri, o cümlədən -Prinston, Con Hopkins, Çikaqo, Denver, Corc Vaşinqton və Arkanzas Universitetləri təmsil olunub.

   //ANS