“Xarici tələbə- Daxili auditoriyada “layihəsinə yekun vuruldu

12-12-2016, 09:33
337

 

“Xarici tələbə- Daxili auditoriyada “layihəsinə yekun vurulduPrezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Xarici tələbə- Daxili auditoriyada " layihəsi çərçivəsində Bakı Dövlət universitetində seminar təşkil olunub.

 

 

Verilən məlumatına görə, seminarın əsas məqsədi tələbələri müxtəlif xarici proqramların yaratdıqları imkanlar haqqında məlumatlandırmaq, eləcə də universitetlərimizin Erasmus proqramında iştirakının təbliğatı olub. Keçirilən görüşdə layihə rəhbəri Könül Azadova tələbələrə Erasmus Mundus proqramı vasitəsilə xaricdə təhsil almaq imkanları barədə ətraflı və detallı məlumat verib. Belə ki, tələbələr təhsilin müxtəlif pillələri üzrə 6 və 10 ay müddətində Avropanın müxtəlif universitetlərində mübadilə etmək imkanına malikdirlər. Bundan əlavə 2014-cü ildə qəbul olunan Erasmus+ konsepsiyasının gənclərə yaratdığı geniş imkanlar barədə də gənclər məlumatlandırılıb. Tədbirdə Erasmus Mundus proqramı sayəsində Almaniya və İtaliyanın aparıcı universitetlərində təhsil alan Azərbaycanlı tələbələr də iştirak edib, öz təcrübələrini iştirakçılarla bölüşüb, onları maraqlandıran suallara cavab veriblər.

 

  //Nəzər Media.az