Azərbaycanda yeni təhsil portalı yaradıldı: Bizimtehsil.az

6-09-2016, 15:04
748

 Azərbaycanda yeni təhsil portalı yaradıldı: Bizimtehsil.azAzərbaycanda təhsil sahəsində yeni sayt yaradılıb.
 
Bizimtehsil.az adlanan saytda dövlətin təhsil siyasətinə uyğun olaraq, təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işlər işıqlandılacaq.

Bizimtehsil.az saytı "İslahatçı Gənclər” İctimai Birliyinin layihəsi əsasında yaradılıb.
 
Birliyin sədri Fərid Şahbazlı deyib ki, bu sayt vasitəsilə oxucular Azərbaycanda həyat keçirilən dövlət təhsil siyasəti ilə yaxından tanış ola biləcəklər, məktəblərdə, kolleclərdə, universitetlərdə baş tutan yeniliklərdən xəbərdar olacaqlar.
 
Saytın baş redaktoru Hacıbəy Heydərlinin dediyinə görə, portalın yaradılmasında məqsəd Azərbaycan təhsilindəki uğur və problemləri işıqlandırmaq, ölkəmizin təhsil ictimaiyyəti üçün tribuna rolunu oynamaqdır.

Təhsilin bütün pillə və səviyyələri üzrə aparılan yeniliklər və islahatlar barədə saytdan ətraflı məlumat almaq mümkün olacaq.

Saytın proqram təminatı və informasiya təhlükəsizliyi də ən yüksək səviyyədə qorunur.

   //Nəzər Media.az