London-Hindistan təyyarəsi Bakıda təcili eniş etdi

25-01-2016, 11:38
381

London-Hindistan təyyarəsi Bakıda təcili eniş etdiLondondan Hindistana uçan "Mumbai-Bound Air" təyyarəsi Bakının Heydər Əliyev Hava limanında eniş edib.

Göyərtəsində 299 nəfərin olduğu təyyarənin təcili Heydər Əliyev Hava limanında enməsinə səbəb göyərtədə bir sərnişinin vəziyyətinin pisləşməsi olub.

London-Hindistan reysini yerinə yetirən "Boeing Dreamliner (B-787)" təyyarəsi ötən gün saat 19:00-da Londonun Hitrou hava limanından çıxıb və səhər saat 04:00-da Mumbayın Chhatrapati Shivaji beynəlxalq hava limanına çatmalı idi.

Lakin təyyarə bu gün saat 13:00-da Mumbaya çatacaq.


Artıq Bakının Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş etmiş Air India aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər Mumbaya uçub. "Azərbaycan Hava Yolları" QSC-dən  verilən məlumata görə, vəziyyəti pisləşən sərnişin keçinib.

Son dəfə Bakıda təcili eniş ötən ilin may ayında olub. Mayın 21-i yerli vaxtla 11:00-da Bakı-Moskva marşrutu üzrə uçan "Boeing-757" təyyarəsi hidrosistemlərin birində təzyiqin düşməsinə görə aeroporta qayıdıb.

   //ANS Press