"Neftçi" üç xalı üç cavabsız qolla qazandı-YENİLƏNİB-5

28-04-2024, 19:38
73

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən "Neftçi"-"Turan Tovuz" oyunu başa çatdı. Matçda "Neftçi" üç xalı üç cavabsız toplaqazanadı-"Neftçi"-"Turan Tovuz"-3:0.


xxxx


Oyunun  70-ci dəqiqəsində Rəhman Hacıyevin penaltidən "Neftçi"nin üçüncü topuna imza atdı-"Neftçi"-"Turan Tovuz"-3:0.

xxxx

Turan Tovuz azalıqda qaldı. Oyunun 62-ci dəqiqəsində Bruno Qonçales qırmızı vərəqə alaraq meydandan qovuldu-"Neftçi"-"Turan -Tovuz"-2:0

xxxxx


"Neftçi"-"Turan Tovuz" oyunda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Neftçi" 2:0 irəlidədir.

xxxx

Oyunun 31-ci dəqiqəsində Yuri Matias penaltidən "Neftçi"nin ikinci topuna imza atdı-"Neftçi"-"Turan Tovuz"-2:0

xxxx

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turuna start verilib. PFL bu günə üç qarşılaşma təyin olnub.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Neftçi Arena"da "Turan Tovuz"u qəbul edir. "Ağ-qaralar" son günlərdə olan uğursuzluqları unutdurmaq, dördüncü pillədə yerini qorumaq və daha yüksək yerlər uğurunda mübarizə aparmaq üçün bu matçdan qalib ayrılmaq istəyir. Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparan "Turan Tovuz" isə bu matçda növbəti qələbəsini qazanmaq istəyir. Hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşmada artıq oyunda oyunun 15-ci dəqiqəsində "Neftçi" Filip  Ozobiçin qolu ilə hesabı açdı-"Neftçi"-"Turan Tovuz"-1:0

Günün üçüncü qarşılaşmasında "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. "Sumqayıt" bu oyunda çempionluğu rəsmiləşdirmiş və motivasiyasız rəqibindən üç xal alaraq III pillədəki yerini qoruyub II pillə uğrunda mübarizə aparmaq istəyir. Növbəti mövsüm üçün oyun ritmini itirməmək istəməyən "köhlən atlar" növbəti qələbəsini qazanmaq üçün meydana çıxacaq.

Turun sonuncu qarşılaşması sabah keçiriləcək. 

Günün yeganə qarşılaşmasında "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Araz-Naxçıvan"ı qəbul edəcək. "Mavi qartallar" II pillədə olan yerlərini qorumaq üçün bu matçdan üç xalla ayrılmaq istəyirlər. "Araz-Naxçıvan" isə bu matçda ən azı məğlub olmamağa çalışacaq.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna dünən start verilib. PFL açılış gününə bir qarşılaşma təyin edib. Günün yeganə turun ilk qarşılaşmasında Artıq oyunun 22-ci dəqiqəsində "Sabah" Con İrasabalın qolu ilə hesabı açıb-"Sabah"-"Səbail"-1:0.Oyunun 39-cu dəqiqəsində Cessi Cekidika "Sabah"ın ikinci topuna imza atıb-"Sabah"-"Səbail"-2:0. İlk hissə "Sabah"ın 2:0 hesabı ilə üstünlüyü ilə başa çatdı. Oyunun ikinci hissəsində heç bir qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-"Sabah"-"Səbail"-2:0.

Bu gün bir qarşılaşma baş tutub. 

Günün ilk qarşılaşmasında "Qəbələ" "Qəbələ Şəhər Stadionu"nda qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Artıq oyunun 7-ci dəqiqəsində "Kəpəz" Martin Juniorun qolu ilə hesabı açıb-"Qəbələ"-"Kəpəz"-0:1. İlk hissə "Kəpəz"in 0:1 hesablı üstünlüyü ilə bitib. Oyunun ilk hissəsində heç bir qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-"Qəbələ"-"Kəpəz"-0:1.