Sərnişin təyyarəsi təcili eniş edib

1-08-2016, 13:12
269

http://img.milli.az/2016/08/01/456975.pngBağdad-Dehli marşrutu ilə uçan "Iraqi Airways" aviaşirkətinə məxsus təyyarə Küveytdə təcili eniş edib.

Sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
 
Təyyarənin göyərtəsində 230 sərnişinin olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.
 
Sərnişinlərin başqa təyyarə ilə Hindistana çatdırılacağı bildirilir. Bu məqsədlə "Iraqi Airways" aviaşirkətinə məxsus  "Airbus A-3212" təyyarəsi artıq havaya qalxıb.

   //APA