Sərnişin təyyarəsi təcili eniş etdi

23-03-2017, 14:08
287

Sərnişin təyyarəsi təcili eniş etdiAvstraliyanın  "Rex Airlines" aviaşirkətinə məxsus təyyarə Dabbo şəhərində təcili eniş edib.

Sərnişin təyyarəsi havada olarkən mühərriklərinin birində texniki nasazlıq yaranıb.
 
Dabbo-Sidney marşrutu üzrə uçan təyyarə hava limanına geri dönməli olub.
 
Təyyarənin göyərtəsində 26 sərnişinin olduğu bildirilir. İnsident nəticəsində zərərçəkən olmayıb.
 
Avstraliyanın Mülki Aviasiya İdarəsi insidentlə əlaqədar araşdırma aparır.

  //APA