"Kəpəz" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2

28-04-2024, 17:30
74

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində keçirilən "Qəbələ"-"Kəpəz" oyunu başa çatdı. Gərgin keçən oyunda  "Kəpəz" 0:1 qalib gəldi.

xxxx

"Qəbələ"-"Kəpəz" oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra "Kəpəz" 0:1 hesabda irəlidədir.


xxxx

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turuna start verilib. PFL bu günə üç qarşılaşma təyin olnub.

Günün ilk qarşılaşmasında "Qəbələ" "Qəbələ Şəhər Stadionun"da onun sadəcə bir pillə üstün olan qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edir. Meydan sahibləri Gürcüstanlı baş məşqçilərinin rəhbərliyi ilə ilk qələbələrini qazanmaq istəyir. Nizami Yurdunun təmsilçiləri isə bu oyunda növbəti qələbələrini qazanaraq 8 pillə uğrunda mübarizəni davam etdirmək istəyir. Hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmasında artıq oyunun 7-ci dəqiqəsində "Kəpəz" Martin Juniorun qolu ilə hesabı açdı-"Qəbələ"-"Kəpəz"-0:1

Günün ikinci qarşılaşmasında "Neftçi" "Neftçi Arena"da "Turan Tovuz"u qəbul edəcək. "Ağ-qaralar" son günlərdə olan uğursuzluqları unutdurmaq, dördüncü pillədə yerini qorumaq və daha yüksək yerlər uğurunda mübarizə aparmaq üçün bu matçdan qalib ayrılmaq istəyir. Avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparan "Turan Tovuz" isə bu matçda növbəti qələbəsini qazanmaq istəyir.

Günün üçüncü qarşılaşmasında "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"nda gənclik şəhər təmsilçisi "Sumqayıt" "Qarabağ"ı qəbul edəcək. "Sumqayıt" bu oyunda çempionluğu rəsmiləşdirmiş və motivasiyasız rəqibindən üç xal alaraq III pillədəki yerini qoruyub II pillə uğrunda mübarizə aparmaq istəyir. Növbəti mövsüm üçün oyun ritmini itirməmək istəməyən "köhlən atlar" növbəti qələbəsini qazanmaq üçün meydana çıxacaq.

Turun sonuncu qarşılaşması sabah keçiriləcək. 

Günün yeganə qarşılaşmasında "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Araz-Naxçıvan"ı qəbul edəcək. "Mavi qartallar" II pillədə olan yerlərini qorumaq üçün bu matçdan üç xalla ayrılmaq istəyirlər. "Araz-Naxçıvan" isə bu matçda ən azı məğlub olmamağa çalışacaq.

Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının XXXII turuna dünən start verilib. PFL açılış gününə bir qarşılaşma təyin edib. Günün yeganə turun ilk qarşılaşmasında Artıq oyunun 22-ci dəqiqəsində "Sabah" Con İrasabalın qolu ilə hesabı açıb-"Sabah"-"Səbail"-1:0.Oyunun 39-cu dəqiqəsində Cessi Cekidika "Sabah"ın ikinci topuna imza atıb-"Sabah"-"Səbail"-2:0. İlk hissə "Sabah"ın 2:0 hesabı ilə üstünlüyü ilə başa çatdı. Oyunun ikinci hissəsində heç bir qol olmadı və ilk hissənin nəticəsi oyunun nəticəsi oldu-"Sabah"-"Səbail"-2:0