Rəqsanə evindən görüntülər paylaşdı: "Ofisiant işləmək ayıb deyil" - VİDEO

3-02-2021, 18:58
197


Müğənni Rəqsanə İsmayılova sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Rəqsanə "Instagram" hesabında yeni video paylaşıb. Videonu evində lentə aldıran müğəni özü bişirdiyi yeməkləri nümayiş etdirib. İzləyiciləri video ilə bağlı çoxsaylı suallar ünvanlayıblar.

Rəqsanə isə cavabında bildirib ki, sözügedən videodakı məkan restoran deyil evləridi.

"Bura restoran deyil evimizdir. Həyət evi olduğu üçün qış mətbəxidir çöldə. O ki, qaldı ofisiant işləmək nə olar ofisiant olmaq ayıb deyil. Halal çörək qazanmaq ən gözəl işdir. Bizim evdə isə əzizlərim beş nəfərə yaxın insan çalışır. Beş nəfərdən də çox özümüzük. Bu qədər insan üçün çox yemək bişməlidir. Bir də nə hazırlasam evdə restoranda çalışanlarımıza da yollayıram. Allah hər kəsin ruzisini versin".
VİDEO​​​

//Big.az