Manaf Ağayev xanım müğənninin banka olan borcunu ödədi

3-02-2021, 18:15
116


Müğənni Günel Ələkbərova pandemiyada qazancı azaldığından kreditə aldığı evinin aylıq haqqını ödəməkdə çətinlik çəkir.

Nəzər Media.az unikal.org-a istinadla xəbər verir ki, hətta bank müğənniyə evini satışa çıxaracağı barədə xəbərdarlıq edib.

Belə ki, "Günə 1 şou" verilişində qonaq olan Afət Fərmanqızı bu barədə açıqlama verərək, Günel Ələkbərovanın banka olan borcunu müğənni Manaf Ağayev tərəfindən ödənildiyini bildirib.