Özcanla Feyza arasında “Kuzey Müharibəsi”

28-12-2020, 16:24
214


Müğənni Özcan Denizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasında gərginlik davam edir.

Nəzər Media.az axşam.az-a istinadən bildirir ki, 2 yaşlı oğlu Kuzeyi Feyzadan almaq üçün dava açan Özcan sosial media hesabında paylaşım edib.

O, bu statusu ilə keçmiş həyat yoldaşı Aktana eyham vurub.

"Yaxşı insan olmağı pis adamlardan öyrəndim. İndi bir kəpənəyi belə incitmirəmsə, bunu səbəbi şeytanla qarşılaşmağımdır" - deyə Özcan paylaşımında qeyd edib.