ŞOK İDDİA! Michael Jackson 12 yaşlı qıza təcavüz edib-VİDEOFAKT

27-10-2016, 13:06
288

ŞOK İDDİA! Michael Jackson 12 yaşlı qıza təcavüz edib-VİDEOFAKTPopun kralı Micheal Jackson haqqında ortaya atılan uşaq təcavüzü iddialarına yenisi əlavə olunub.

12 yaşındaykən Michael Jacksonun təcavüzünə məruz qalan Jane Doe adlı qadın, məşhur müğənninin özünə göndərdiyini iddia etdiyi qeydləri dəlil olaraq məhkəməyə təqdim edib. Məhkəmədə Jacksonun sus payı olaraq ailəsinə 900 min dollar ödədiyini də bildirib.

İngilis Daily Mail qəzetinin xəbərinə görə, cızma-qara ilə yazılan qeydlərdə Jackson kiçik qıza "onun üçün dəli olduğunu" yazıb. Bütün qeydlərin sonunda "Michael ya da MJ" imzası var.

M.Jacksonun yazdığı iddia olunan qeydləri təqdim edirik:

"Sevgililər günü fotoşəkilin çox gözəldir. Səni çox sevirəm və danışdıqca sənə daha çox bağlanıram. Sənin üçün dəli oluram. Səni sevirəm və çox darıxıram. Lütfən məni görməyə gəl. Anan və atan yaxşı insanlardır. Əlvida. Səni çox sevirəm".

   //Big.az